Главная > Dünya > “Aeroflot” Bakı uçuşlarını təxirə saldı
“Aeroflot” Bakı uçuşlarını təxirə saldı6-08-2020, 11:30. Разместил: azadses |
“Aeroflot” avqust ayı üçün Bakı daxil olmaqla bir sıra şəhərlərə beynəlxalq uçuşları ləğv edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Aeroflot” beynəlxalq istiqamətlərə müntəzəm uçuşlarının bir hissəsinin 31 avqust tarixinə qədər məcburi ləğv olunduğunu elan edib. Qərar təyinat ölkələrində mövcud epidemioloji məhdudiyyətlər nəzərə alınmaqla qəbul edilib. Ləğv olunmuş istiqamətlərə Bakı ilə yanaşı Almatı, Aktau, Berlin, İrəvan, Bişkek şəhərləri də daxildir. Şirkətin məlumatına görə, əvvəlcədən bilet almış sərnişinlərə ödənişlər tam şəkildə geri qaytarılacaq. Bunun üçün sərnişinlər əlaqə mərkəzinə müraciət etməli və ya aviaşirkətin veb saytına baş çəkməlidirlər. Bildirilir ki, ödənişlərin geri qaytarılması ödəniş formasına uyğun olaraq avtomatik həyata keçiriləcək. “Aeroflot” satış ofislərində və ya agentliklərində bilet almış sərnişinlər isə ödənişlərini geri almaq üçün alış yeri ilə əlaqə saxlamalıdırlar. Вернуться назад |