Главная > Dünya > Nazarbayevin keçmiş qudası üçün səkkiz il həbs istənildi
Nazarbayevin keçmiş qudası üçün səkkiz il həbs istənildi28-03-2023, 18:21. Разместил: admin |
Qazaxıstanda prokurorluq respublikanın birinci prezidenti Nursultan Nazarbayevin keçmiş qudası, biznesmen Kayrat Boranbayevin əmlakı müsadirə olunmaqla səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, qaz sektorunda külli miqdarda mənimsəmədə ittiham olunur. Nazarbayevin keçmiş qudasının işi üzrə məhkəmə ötən ilin dekabrından başlayıb. Boranbayev “Qazaq Gaz” milli şirkətindən 14,5 milyard tenge (53 milyon manatdan çox) məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinir. Вернуться назад |