Главная > Dünya / Manset > Almaniyanın ədliyyə naziri: “Putini həbs edəcəyik”
Almaniyanın ədliyyə naziri: “Putini həbs edəcəyik”19-03-2023, 18:57. Разместил: admin |
Rusiya Prezidenti Vladimir Putin Almaniyaya səfər edəcəyi təqdirdə bu ölkənin müvafiq qurumu onu həbs etməyə məcbur olacaq. Bunu Almaniyanın ədliyyə naziri Marko Buşman deyib. “Aydındır ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tezliklə İnterpola, eləcə də iştirakçı dövlətlərə müraciət edərək Vladimir Putinin həbsinə dair orderin icrasını xahiş edəcək. Belə olan halda Almaniya Prezident Putin ölkə ərazisinə daxil olarsa, onu həbs edib BCM-ə təhvil verməyə borclu olacaq”, - Buşman bildirib. Nazir onu da izah edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına uyğun olaraq Haaqa Məhkəməsinin yurisdiksiyasına tabe olan bütün ölkələr bu cür hərəkət etməlidir. Qeyd edək ki, BCM-nin yurisdiksiyasına 123 dövlət daxildir. Вернуться назад |