Главная > Dünya / Manset > Müharibənin Tədqiqi İnstitutu: “Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər”
Müharibənin Tədqiqi İnstitutu: “Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər”19-03-2023, 10:14. Разместил: admin |
Serbiyanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişib. Prezident Aleksandr Vuçiçin Rusiyaya qarşı Avropa sanksiyalarını tətbiq etməkdən imtina etməsi çətin iqtisadi vəziyyətə gətirib çıxarıb. Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilib. Vuçiç Serbiyanın Rusiyaya qarşı Avropa sanksiyaları tətbiq etməyəcəyinə dair söz verməkdən imtina edib. “Mən nə zaman ümidsiz vəziyyətdə olduğumuzu və nə zaman siyasəti dəyişməli olduğumuzu daha yaxşı bilirəm”, - deyə o qeyd edib. Serbiyanın İqtisadiyyat naziri Rade Basta isə hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O bəyan edib ki, Serbiyanın martın 14-də bunu etməməsi ölkəyə “baha başa gəlib”. Вернуться назад |