Главная > Dünya > İrəvan meri istefa verdi

İrəvan meri istefa verdi


17-03-2023, 20:20. Разместил: admin
İrəvan meri istefa verdi

İrəvan meri Hraçya Sarkisyan cümə günü istefa qərarını açıqlayıb.

O, bu barədə meriyada keçirilən müşavirə zamanı bildirib.

“İstefamı elan etmək istəyirəm, eyni zamanda, vurğulayıram ki, baş nazir Nikol Paşinyanın siyasi komandasının bir hissəsi olaraq qalıram”, - o deyib.

Sarkisyan 2021-ci ilin dekabrında Hayk Marutyanın istefasından sonra İrəvanın meri seçilib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası merliyə namizəd kimi paytaxt rəhbərinin hazırkı müavini Tiqran Avinyanın irəli sürüləcəyini açıqlayıb.
Вернуться назад