Главная > Dünya > Sakit okeanda sunami təhlükəsi

Sakit okeanda sunami təhlükəsi


16-03-2023, 10:51. Разместил: admin
Sakit okeanda sunami təhlükəsi

Sakit okeanın cənubunda yerləşən Tonqada yeddi bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yanaşı olaraq sunami təhlükəsi elan edilib.

Yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan 1 011 kilometr cənubda yerləşib. Şəhərdə 22,4 min insan yaşayır.

Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Вернуться назад