Главная > Dünya / Manset > “Dünyada İslama sülh dini kimi baxılır”

“Dünyada İslama sülh dini kimi baxılır”


15-03-2023, 11:00. Разместил: admin
“Dünyada İslama sülh dini kimi baxılır”

"İslamafobiya termin kimi istifadə olunur. Təəssüflə qeyd etmək istəyirəm ki, bu irqçiliyin ifadəsidir".
Ətraflı
Ad - 00:06

“Qafqazino” xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Mişel Angel Moratinos “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında videomüraciətində bildirib.

“İslamafobiyaya qarşı mübarizədə BMT Baş Assambleyası 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan edib. İslamafobiya termin kimi istifadə olunur. Təəssüflə qeyd etmək istəyirəm ki, bu irqçiliyin ifadəsidir. Bu dünyada İslama sülh dini kimi baxılır. Təkallahlıq dini kimi bu məfhumlar qorunmalıdır. İslamafobiyanın qərb dünyasında, dünyanın müxtəlif ölkəllərində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır qorxudur”.
Вернуться назад