Главная > Dünya / Şou biznes > ABŞ-də nəhəng bankın iflası iqtisadi böhrana səbəb ola bilər

ABŞ-də nəhəng bankın iflası iqtisadi böhrana səbəb ola bilər


13-03-2023, 09:23. Разместил: admin
ABŞ-də nəhəng bankın iflası iqtisadi böhrana səbəb ola bilər

Milyarder Bill Ekman Amerika bankı “Silicon Valley Bank”ın (SVB) müflisləşməsinin nəticələri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti “iqtisadiyyatın çökməsinin” qarşısını almaq üçün cəld hərəkət etməlidir.

“Hökumətin tezliklə dönüşsüz hala düşəcək səhvi düzəltmək üçün təxminən 48 saat vaxtı var. SVB-nin əmanətçilərin müdafiəsi olmadan uğursuzluğa düçar olmasına icazə verməklə, dünya sığortalanmamış əmanətlə - müflis banka qarşı təminatsız borc üçün qeyri-müəyyən iddia ilə üzləşir”, - milyarder bildirib.

O, əlavə edib ki, əgər “JPMorgan”, “Citibank” və ya “Bank of America” bazar ertəsi, martın 13-də bazar açılmazdan əvvəl SVB-ni almazsa və ya hökumət öz depozitlərinə zəmanət verməzsə, hamı böyük bir zərərə düşəcək. Bu, sistem əhəmiyyətli banklara məxsus olanlar istisna, bütün sığortalanmamış əmanətlərin geri götürülməsinə yol açacaq.

O hesab edir ki, hökumət SVB əmanətlərini təmin etmək üçün martın 10-da müdaxilə etsəydi, vəziyyətin qarşısını almaq olardı. Bu yolla bank kapitalın yeridilməsi müqabilində yeni sahibinə keçə bilərdi.

Qeyd edək ki, “Silicon Valley Bank”ın müflis olması martın 11-də məlum olub. SVB 2008-ci il böhranından sonra iflasa uğrayan ən böyük bankdır. Keçən il o, 40 milyard dollar dəyərində qiymətləndirilib və kapitallaşması sürətlə artıb.
Вернуться назад