Главная > Dünya / Manset > Avropa ölkələrilə İran arasındakı hesablaşmalar mexanizmi ləğv olundu
Avropa ölkələrilə İran arasındakı hesablaşmalar mexanizmi ləğv olundu10-03-2023, 08:45. Разместил: admin |
Almaniya Xarici İşlər Nazirliyi İranla hesablaşmalar üçün INSTEX (Ticarət Mübadilələrinə Dəstək Aləti) mexanizmində iştirak edən ölkələrin bu sahədə öz fəaliyyətini dayandıracağını açıqlayıb. “INSTEX-in on üzvü - Belçika, Almaniya, Finlandiya, Fransa, Niderland, Norveç, İspaniya, İsveç, Danimarka və Böyük Britaniya - bu mexanizmi ləğv etmək qərarına gəliblər”, - bəyanatda deyilir. Bildirilir ki, bu tədbir İranın humanitar məqsədlərini yerinə yetirməsi üçün INSTEX-ə sistemli şəkildə mane olması və yalnız bir dəfə Aİ-dən tibbi malların ixracına razılıq verməsi nəticəsində qərara alınıb. Mexanizmin ləğvi qərarı martın 9-da keçirilən növbədənkənar ümumi yığıncaqda qəbul edilib. Вернуться назад |