Главная > Dünya > Borrel: “Aİ ayın sonuna qədər 11 mindən çox ukraynalı hərbçi hazırlayacaq”
Borrel: “Aİ ayın sonuna qədər 11 mindən çox ukraynalı hərbçi hazırlayacaq”9-03-2023, 10:00. Разместил: admin |
Aİ hərbi missiyası bu ayın sonuna kimi 11 mindən çox, ilin sonunadək isə daha 30 min Ukrayna hərbçisinə təlim keçəcək. Bunu çərşənbə günü Aİ diplomatiyasının rəhbəri Jozep Borrel Stokholmda üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Bundan əlavə, Borrelin sözlərinə görə, Aİ missiyası NATO vasitəsilə Ukraynaya çatdırılacaq tanklar üçün ekipajları da hazırlayacaq. Вернуться назад |