Главная > Dünya > Çexiya 12 saat prezidentsiz qalacaq
Çexiya 12 saat prezidentsiz qalacaq8-03-2023, 21:00. Разместил: admin |
Bu gecə Miloş Zeman Çexiyanın dövlət başçısı kimi ikinci beşillik müddətinin başa çatması ilə əlaqədar prezident postunu tərk edəcək. Bununla əlaqədar gecəyarısı Çexiya dövlətinin əsas postunun hazırda boş olduğuna işarə olaraq Praqa qəsri üzərində prezident ştandartı (bayraq) endiriləcək. Eyni zamanda Çexiyanın dövlət himni səsləndiriləcək. Bildirilib ki, martın 9-da isə Praqa qəsrində yeni prezident, ordunun istefada olan generalı Petr Pavelin andiçmə mərasimi keçiriləcək. Вернуться назад |