Главная > Dünya > Türkiyəli meteoroloqlardan xəbərdarlıq: Zəlzələ bölgəsində leysan və güclü tufan gözlənilir
Türkiyəli meteoroloqlardan xəbərdarlıq: Zəlzələ bölgəsində leysan və güclü tufan gözlənilir8-03-2023, 11:16. Разместил: admin |
Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə güclü leysan yağışları və tufan gözlənilir. Bu barədə Türkiyə Meteorologiya Xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, pis hava şəraiti əsasən Kahramanmaraş, Osmaniye, Hatay, Eskişehir, Zonguldak, Bartın, Malatya, Qaziantep, Kilis və Adıyaman bölgələrini əhatə edəcək. Adı qeyd olunan bölgələrin sakinlərinə ehtiyac olmadığı təqdirdə evlərini və AFAD-ın sığınacaqlarını tərk etməmək tapşırılıb. Вернуться назад |