Главная > Dünya > Yunanıstanın Baş naziri qatar qəzasına görə üzr istədi
Yunanıstanın Baş naziri qatar qəzasına görə üzr istədi5-03-2023, 18:44. Разместил: admin |
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkədə baş verən qatar qəzasına görə üzr istəyib. “Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Mitsotakis hadisədən təəssüfləndiyini bildirib. “Baş nazir kimi hər şeydən əvvəl qurbanların yaxınlarından üzr istəyirəm. Həm şəxsən, həm də illərlə ölkəni idarə edənlərin hamısının adından bu üzrümü qəbul etmələrini xahiş edirəm. Biz insan səhvin arxasında gizlənə bilmərik”, - deyə Mitsotakis vurğulayıb. Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında 350-dən çox insanı daşıyan sərnişin qatarı yük qatarı ilə toqquşub, azı 57 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Вернуться назад |