Главная > Dünya > Baydenlə bağlı amerikalı jurnalistlərə tapşırıq verildi: “Yazmayın!”
Baydenlə bağlı amerikalı jurnalistlərə tapşırıq verildi: “Yazmayın!”3-03-2023, 19:38. Разместил: admin |
“ABŞ Prezidenti Co Bayden danışmaq qabiliyyətini itirir”. Bunu “Fox News” kanalının aparıcısı Taker Karlson deyib. Jurnalist bununla əlaqədar amerikalı liderin çıxışından fraqment dərc edib. “Bu yalnız sizin üçün əldə etdiyimiz məxfi mənbələrdən gizli məlumat deyil. Biz milyon belə kadr göstərə bilərik, çünki Co Bayden hər gün belə danışır. O, danışmaq qabiliyyətini itirir. Bu, bütün dünyaya aydındır”, - deyə Karlson bildirib. Aparıcı qeyd edib ki, dedikləri Co Baydenə qarşı informasiya hücumu deyil, onun yaşına qədər yaşayan hər kəs eyni şeyi edə bilər. Karlson həmçinin onlara prezidentlə bağlı belə səhvlər yazmamağın tapşırıldığını bildirib. “Bizə (yaşla əlaqədar) təbii proses olduğu üçün buna məhəl qoymamaq əmr olunur”, - deyə Karlson sözlərini yekunlaşdırıb. Вернуться назад |