Главная > Dünya > Ərdoğan 3 nəfərin ömürlük cəzasını ləğv etdi

Ərdoğan 3 nəfərin ömürlük cəzasını ləğv etdi


3-03-2023, 11:23. Разместил: admin
Ərdoğan 3 nəfərin ömürlük cəzasını ləğv etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 28-də keçirilən məhkəmədə ömürlük həbs cəzasına məhkum olunan 3 nəfərin cəzasını ləğv edib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxslər - Hakkı Kılınç (83), Ahmet Çörekçi (91) və İdris Koralpın (75) 2018-ci ildən həbs olunublar.

Ərdoğan sözügedən qərarları Türkiyə Konstitusiyasının 104-cü maddəsinin 16-cı bəndinin müddəalarına uyğun olaraq verib.
Вернуться назад