Главная > Dünya > Aleksey Danilov: “Ukrayna Krımın işğaldan azad edilməsi strategiyasını dəyişəcək” - FOTO

Aleksey Danilov: “Ukrayna Krımın işğaldan azad edilməsi strategiyasını dəyişəcək” - FOTO


2-03-2023, 16:40. Разместил: admin
Aleksey Danilov: “Ukrayna Krımın işğaldan azad edilməsi strategiyasını dəyişəcək” - FOTO
“Rusiya tərəfindən işğal olunmuş Krımın azad edilməsi strategiyasını yenidən nəzərdən keçirməyin vaxtı çatıb. Çünki prioritetlər artıq bir qədər fərqlidir”.

Bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov öz “Twitter” səhifəsində yazıb.

“Krımın işğaldan azad edilməsi strategiyasını yeniləməyin vaxtıdır”, - deyə o qeyd edib.

Danilovun sözlərinə görə, yarımadanın işğaldan azad edilməsi prioritetlərin dəyişdirilməsini tələb edir.

O xatırladıb ki, söhbət işğalın aradan qaldırılması üçün tətbiq edilən siyasi, diplomatik, hərbi, iqtisadi və digər vasitələrdən gedir.

Strategiyanın dəqiq nə vaxt və hansı şəkildə dəyişdiriləcəyi barədə isə məlumat verilməyib.


Вернуться назад