Главная > Dünya / Manset > Zelenski müharibənin ildönümü ilə bağlı danışdı: “Ukrayna dünyanı birləşdirdi”

Zelenski müharibənin ildönümü ilə bağlı danışdı: “Ukrayna dünyanı birləşdirdi”


24-02-2023, 20:00. Разместил: admin
Zelenski müharibənin ildönümü ilə bağlı danışdı: “Ukrayna dünyanı birləşdirdi”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü ilə bağlı videomüraciət edib.

Düz bir il əvvəl bu gün saat 07:00-da ictimaiyyətə müraciət etdiyini xatırladan Zelenski çıxışında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibə başlatdığını və Ukraynanın hər şeyə hazır olduğunu və hamıya qalib gələcəyini dediyini xatırladıb.

“Həyatımızın ən uzun günü. Səhər oyandıq və o vaxtdan bəri yatmadıq”, - o bildirib.

“Biz bu gün tam bir ildir ki, davam gətiririk və bilirik ki, hələ də hər sabah üçün mübarizə aparmalıyıq”, - deyən Zelenski Ukraynanın dünyanı təəccübləndirdiyinə diqqət çəkib:

“Ukrayna dünyanı birləşdirdi”.

O, bir il ərzində Ukraynanın yanında dayanan tərəfdaşlarına, müttəfiqlərinə və dostlarına təşəkkür edib.
Вернуться назад