Главная > Dünya > “Twitter”ə qarşı doqquz məhkəmə iddiası qaldırılıb

“Twitter”ə qarşı doqquz məhkəmə iddiası qaldırılıb


21-02-2023, 09:19. Разместил: admin
“Twitter”ə qarşı doqquz məhkəmə iddiası qaldırılıb

Milyarder İlon Maskın “Twitter”i son aylarda 14 milyon dollarlıq 9 yeni məhkəmə iddiası ilə üzləşib.

İddiaçılar arasında ofis sahibləri, şirkətin məsləhətçiləri və təchizatçıları var.

Ən diqqətəlayiq məhkəmə iddialarından biri təxminən 400 min dollar tələb edən “Canary” marketinq agentliyi tərəfindən açılıb. Sənədlərdə göstərilir ki, sosial şəbəkənin rəhbərliyi Mask üçün hədiyyə dəstinin pulunu ödəməyib. Məlumata görə, dəstə loqolu Yapon viskisi, gödəkçə və 250 dollardan baha olan corab daxil idi.

Açılan 9 iddiadan 3-ü ofis icarəsi ilə bağlıdır İddialarda deyilir ki, şirkət dekabr və yanvar aylarında binalar üçün ödəniş etməyib və bu səbəbdən, məsələn, Sinqapur ofisinin əməkdaşları 2023-cü ilin əvvəlindən iş yerlərinə gedə bilmirlər.

Xatırladaq ki, İlon Mask “Twitter”i 44 milyard dollara aldıqdan sonra böhran vəziyyətində olan şirkət üçün xərcləri kəskin şəkildə azaltmağa başlayıb.
Вернуться назад