Главная > Dünya > Ukraynada bir gecədə 5 nəfərlik ailənin 4 üzvü həlak olub - VİDEO

Ukraynada bir gecədə 5 nəfərlik ailənin 4 üzvü həlak olub - VİDEO


20-02-2023, 16:36. Разместил: admin
Ukraynada bir gecədə 5 nəfərlik ailənin 4 üzvü həlak olub - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donetsk, Luqansk, Xarkov, Xerson və Nikolayev vilayətlərinə Rusiya Ordusunun separatçılarla birgə hücumu daha da artıb.

“Xerson şəhəri dayanmadan qısaməsafəli artilleriya atəşinə tutulur. Ötən gün endirilən zərbələr nəticəsində 5 nəfərlik ailənin 4 üzvü həlak olub. 10 nəfərə yaxın yaralının olduğu bildirilir”, - deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, gözlənilən yeni silahların və artilleriya sisteminin gətirilməsindən sonra Ukrayna Ordusu əks-hücum əməliyyatları ilə Soledar və Avdeyevka kimi işğal olunmuş şəhərləri azad etmək imkanı əldə edə bilər.


Вернуться назад