Главная > Dünya / Manset > UNICEF: “Türkiyədə 4,5 milyondan çox uşaq risk altındadır”
UNICEF: “Türkiyədə 4,5 milyondan çox uşaq risk altındadır”19-02-2023, 21:33. Разместил: admin |
Zəlzələ nəticəsində Suriyada 2,5 milyondan çox uşaq risk altındadır. Türkiyədə bu rəqəm 4,5 milyonu ötüb. Bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) regional nümayəndəsi Məhəmməd əl-Həvari deyib. Onun sözlərinə görə, bu uşaqların ailələri təbii fəlakət nəticəsində ağır vəziyyətlə üzləşiblər: Onlar evlərini itiriblər, içməli su qıtlığı yaşayır və vəba xəstəliyinə tutulma riskilə qarşılaşıblar. “Hazırda Suriyanın şimalında və Türkiyənin cənubunda olan komandaların əsas vəzifəsi vəziyyəti qiymətləndirmək və daha dolğun, aydın baxışa sahib olmaq üçün mümkün riskləri daha dəqiq müəyyən etməkdir”, - əl-Həvari bildirib. Вернуться назад |