Главная > Dünya > Qırğızıstanın keçmiş prezidentləri bir masa arxasında əyləşərək bir-birlərini bağışladıqlarını elan ediblər
Qırğızıstanın keçmiş prezidentləri bir masa arxasında əyləşərək bir-birlərini bağışladıqlarını elan ediblər19-02-2023, 10:35. Разместил: admin |
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin bütün sabiq prezidentləri ilə görüş keçirib. Bu barədə Qırğızıstan prezidentinin mətbuat katibliyi məlumat yayıb. İlk dəfə belə formatda təşkil olunan görüşdə Askar Akayev, Kurmanbek Bakiyev, Roza Otunbayeva, Almazbek Atambayev, Sooronbay Jeenbekov iştirak ediblər. Mətbuata elan olunan birgə bəyanatda qeyd olunur ki, keçmiş prezidentlər bir-birini bağışlayaraq millətin gələcəyi üçün birləşməyə qərar verdiklərini elan ediblər. Hazırkı prezident Sadır Japarovun sözlərinə görə, Qırğızıstanın keçmiş ölkə başçıları onun “bir yumruqda birləşmək” təşəbbüsünü dəstəkləyiblər. Вернуться назад |