Главная > Dünya > Zaxarova: “Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə tarixi sənəddir”

Zaxarova: “Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə tarixi sənəddir”


17-02-2023, 19:00. Разместил: admin
Zaxarova: “Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə tarixi sənəddir”

“2022-ci ilin fevralında imzalanmış Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə heç bir mübaliğəsiz tarixi sənəddir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərini görə, bu, ölkələrimiz arasında münasibətlərin yeni keyfiyyətini təsbit edib.

“Qarşıdakı illər üçün bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əsas istiqamətlər müəyyən edilib. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri həm regional, həm də beynəlxalq müstəvidə sabitləşdirici amildir. Bakı ilə birlikdə biz onun müddəalarının həyata keçirilməsi üzərində işləyirik və Bəyannamənin imzalanmasının ildönümü münasibətilə bir sıra tədbirlər planlaşdırılıb”, - Mariya Zaxarova bildirib.
Вернуться назад