Главная > Dünya / Manset > İndoneziyada güclü zəlzələ: Ölənlər və yaralananlar var - FOTO
İndoneziyada güclü zəlzələ: Ölənlər və yaralananlar var - FOTO9-02-2023, 13:54. Разместил: admin |
![]() İndoneziyada güclü zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 06:28-də (Bakı vaxtı ilə 10:28) qeydə alınıb. Yeraltı təkanların episentri Papua əyalətinin Cayapura şəhərindən 10 kilometr aralıda yerləşib. Müxtəlif mənbələrdə 5,1-6,3 bal gücündə olduğu deyilən zəlzələnin ocağı 43 kilometr dərinlikdə olub. Sosial şəbəkələrdə yolların dağılması və binaların çökməsi barədə görüntülər var. Həmçinin yerli mediada ölənlərin və xəsarət alanların olduğu bildirilir. ![]() ![]() ![]() ![]() Вернуться назад |