Главная > Dünya > Qazaxıstan Türkiyəyə 1 milyon dollar məbləğində yadım ayırıb
Qazaxıstan Türkiyəyə 1 milyon dollar məbləğində yadım ayırıb8-02-2023, 08:52. Разместил: admin |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə yardım üçün 1 milyon dollar ayırmağı tapşırıb. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Qazaxıstanın dövlət başçısı fəlakətli zəlzələ nəticəsində zərərçəkmiş Türkiyə Respublikasına təcili yardımın göstərilməsi üçün hökumətə 1 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını tapşırıb. Həmçinin Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir”, - deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub. Вернуться назад |