Главная > Dünya / Manset > Britaniya Türkiyəyə xilasedici grup göndərir

Britaniya Türkiyəyə xilasedici grup göndərir


7-02-2023, 22:07. Разместил: admin
Britaniya Türkiyəyə xilasedici grup göndərir
Böyük Britaniya Türkiyəyə 77 nəfərlik axtarış-xilasetmə mütəxəssisi, ən müasir avadanlıq və axtarış itləri göndərir.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu, zəlzələdən sağ qalanların tapılmasına kömək edəcək mühüm dəstəkdir. Türkiyənin tələb etdiyi yardımı tez bir zamanda çatdırırıq”, - deyə nazirliyin sosial şəbəkə səhifəsindəki paylaşımında yazılıb.


Вернуться назад