Главная > Dünya > İranda həbs olunan etirazçılar əfv olundu
İranda həbs olunan etirazçılar əfv olundu5-02-2023, 17:43. Разместил: admin |
İran hakimiyyəti ölkədə etirazçılar da daxil olmaqla, on minlərlə məhbusu əfv edib. İRNA agentliyinin məlumatına görə, əfv İslam İnqilabının qələbəsinin 44-cü ildönümü və Rəcəb ayının şərəfinə həyata keçirilib. Bildirilib ki, əfv təklifilə məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Ejei çıxış edib. Qeyd olunur ki, əcnəbilərin xeyrinə casusluqda ittiham olunanlar, eləcə də qətl törədənlər və ya ictimai binaların dağıdılması və yandırılmasında iştirak edənlər amnistiyaya düşməyəcək. Вернуться назад |