Главная > Dünya / Manset > Paşinyanın ofisi “troll fabriki”inə 1,3 milyon dollar ayırıb
Paşinyanın ofisi “troll fabriki”inə 1,3 milyon dollar ayırıb4-02-2023, 17:46. Разместил: admin |
Ermənistanın baş nazirinin ofisi cəmiyyətdə daha çox “feyklər QHT”si kimi tanınan “İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi” QHT-yə böyük məbləğdə qrant ayırıb. Məlumatına görə, qrant 511,763 milyon dram, yəni təxminən 1,3 milyon dollardır (2,2 milyon manat). “Bu nəhəng vəsaitlə QHT erməni və beynəlxalq medianı izləməli, hökumətin sosial şəbəkələrini idarə etməli, iqtisadi mövzularda materiallar hazırlamalı və hökumətin piarı ilə məşğul olmalıdır. Baş nazirin aparatı QHT-yə 10 milyon dram (40,7 min manat – red.) məbləğində daha bir qrant ayırıb. Bu qrant vasitəsilə QHT Gürcüstanda ermənidilli mediaya dəstək verəcək. Yəni belə çıxır ki, qrantı QHT alacaq, amma bu, Gürcüstanda ermənidilli mediaya dəstək hesab olunacaq. Bu iki qrantın verilməsinə dair sazişlər yanvarın 25-də imzalanıb”. Вернуться назад |