Главная > Dünya > İtkin düşmüş təyyarənin axtarışlarına PUA cəlb olundu

İtkin düşmüş təyyarənin axtarışlarına PUA cəlb olundu


5-08-2020, 08:38. Разместил: azadses
Rusiyanın Buryatiya Respublikasında iyulun 19-da yoxa çıxan, göyərtəsində altı nəfərin olduğu “An-2” təyyarəsinin axtarışlarına “Orlan-10” pilotsuz uçuş aparatı cəlb edilib.
“RİA Novosti” bu barədə Rusiya ordusunun Şərq Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına istinadla xəbər yayıb.
“Monitorinq uçuşu Usolye-Sibirskoye ərazisindən 60 km cənub-qərbdə (İrkutsk vilayəti) həyata keçirilir. “An-2” təyyarəsinin axtarışı üçün dronlar hər gün 10 saatdan az olmamaq şərtilə uçuş edəcək”, - deyə məlumatda qeyd olunur.
Uçuş marşrutu regional koordinasiya mərkəzinin nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə tənzimlənəcək.
Daha öncə təyyarənin itkin düşməsinə görə Buryatiyanın Tunkinski rayonunda fövqəladə hal rejimi tətbiq edilmişdi.
“An-2”nin ekipajı ilə əlaqə iyulun 19-da axşam saatlarında itib, faktla bağlı cinayət işinə başlanılıb.

Вернуться назад