Главная > Dünya > Ukraynanın keçmiş daxili işlər nazirinin evində axtarış aparıldı

Ukraynanın keçmiş daxili işlər nazirinin evində axtarış aparıldı


1-02-2023, 16:48. Разместил: admin
Ukraynanın keçmiş daxili işlər nazirinin evində axtarış aparıldı

Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Bürosu ölkənin keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarışlar aparıb.

Axtarışların Fransanın “Airbus” helikopterlərinin alınması ilə əlaqədar olduğu bildirilir.

Bu barədə məsələni şərh edən Avakov qeyd edib ki, axtarış formal olaraq aparılıb.

“Helikopter qəzasından sonra axtarışlar bitdi. Altı il əvvəl “Airbus” müqavilələrinə baxdılar. Təbii ki, heç bir şey yoxdur. Müqavilələri hökumət və parlament təsdiqləyib”, - deyə Avakov açıqlayıb.
Вернуться назад