Главная > Dünya > Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib


26-01-2023, 16:15. Разместил: admin
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası (MŞ) Qayıdış Konsepsiyasını təsdiqləyib.

Oxu.Az xəbər verir ki, Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində işlər yekunlaşıb və layihə MŞ-yə təqdim olunub. Şura Konsepsiyanı müzakirə edərək təsdiqləyib.

Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədi ilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər keçirilib, müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyasının hazırlanması ilə bağlı elan olunmuş elektron poçta çoxlu sayda təkliflər daxil olub, bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib, sonra isə sənədin layihəsi hazırlanıb.
Вернуться назад