Главная > Dünya > ABŞ Konqresinin üzvü 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanat verib
ABŞ Konqresinin üzvü 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanat verib26-01-2023, 09:17. Разместил: admin |
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib. “Report”un yerli bürosu xəbər verir ki, bəyanatda Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biri olan Qara Yanvar gecəsi anılıb, 1990-cı ilin 20 yanvarında təxminən 26 min sovet qoşununun Azərbaycanın paytaxtı Bakı şəhərinə tanklar və zirehli maşınlarla hücum etdiyi, qadın və uşaqlar daxil olmaqla dinc nümayişçilərin, günahsız azərbaycanlıların atəşə tutulduğu bildirilib. Bu amansız hərəkətlərin 147 insanın həyatını itirməsi, 800 nəfərin yaralanması, 841 nəfərin həbsi və 5 nəfərin itkin düşməsi ilə nəticələndiyi vurğulanıb. O, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə başsağılığını ifadə edib.Bəyanatda, həmçinin, bu amansız əməllər qarşısında Azərbaycan xalqının sınmadığı və 1991-ci ildə müstəqilliyinin əldə edilməsi uğrunda mübarizəsini davam etdirdiyi qeyd olunub. Bəyanatda, eyni zamanda, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələri tam şəkildə qurduğu və bu əlaqələrin indiyədək davam etdiyi vurğulanıb. Вернуться назад |