Главная > Dünya > Tunisdə polisləri təhqir edən müxalifət liderinə hökm oxundu
Tunisdə polisləri təhqir edən müxalifət liderinə hökm oxundu22-01-2023, 09:15. Разместил: admin |
Tunis parlamentinin keçmiş üzvü, müxalif “Əl-Kərəmə” partiyasının lideri Seyfəddin Maxluf hərbi tribunal tərəfindən 14 ay həbs cəzasına məhkum edilib. Məhkəmənin gəldiyi qərara görə, müxalif siyasətçi 2021-ci ilin martında Tunis-Karfagen Beynəlxalq Hava Limanında polisləri təhqir edib. Hazırkı prezident Qeys Səidin əleyhdarı olan siyasətçi bir qrup təhlükəsizlik qüvvələri tərəfindən öz mənzilində həbs edilmişdi. Seyfəddin Maxluf 2022-ci ildə deputat toxunulmazlığından məhrum edilib. Tunisdə fəaliyyət göstərən bir çox müxalifət nümayəndələri kimi o, dövlət başçısını hakimiyyəti qəsb etməkdə və diktatura rejimi yaratmağa çalışmaqda ittiham edir. Вернуться назад |