Главная > Dünya > Kimlərin Avropaya girişinə icazə veriləcək?
Kimlərin Avropaya girişinə icazə veriləcək?4-08-2020, 15:48. Разместил: azadses |
Avropa İttifaqına üzv bir sıra ölkələr viza şərtlərini açıqlayıb. “Azad Səs” “RİA Novosti"ya istinadən xəbər verir ki, əksər Avropa ölkələrindəki viza mərkəzləri öz işlərini bərpa etsələr, Şengen vizasının verilməsi üçün vahid şərtlər mövcud deyil. Belə ki, İtaliyaya getmək istəyən şəxslər yalnız nəqliyyat, xidmət, tranzit, iş, tələbə və ya tibbi viza, habelə ailə səbəbləri və yenidən daxil olmaq məqsədilə viza ala bilər. Fransaya viza almaq üçün tələbələr, həmçinin ailə və iş yeri səbəbilə daimi yaşayış üçün icazəsi olanlar müraciət edə bilərlər. Çexiya Viza Mərkəzi isə yalnız Aİ vətəndaşlarının ailə üzvlərindən, beynəlxalq tranzit daşımaları ilə məşğul olan və ya humanitar məqsədlərlə gələn vətəndaşlardan, habelə mövsümi işçilərdən olan müraciətləri qəbul edəcək. Danimarkaya səfər etmək istəyənlər Krallıq polisinin rəsmi veb saytına baş çəkməlidirlər. Belə ki, saytda giriş üçün icazə verilən səfər məqsədlərinin siyahısı yerləşdirilib. Danimarkaya səfərin bu ilin 31 avqustundan əvvəl başa çatması aydınlaşdırılıb. Вернуться назад |