Главная > Dünya > NASA mühəndislərindən ağlasığmaz təklif: Ayda oksigen istehsalı - FOTO

NASA mühəndislərindən ağlasığmaz təklif: Ayda oksigen istehsalı - FOTO


19-01-2023, 11:41. Разместил: admin
NASA mühəndislərindən ağlasığmaz təklif: Ayda oksigen istehsalı - FOTO
NASA mühəndisləri maraqlı layihə hazırlayıblar. Belə ki, onlar Ayda “oksigen boru kəməri” çəkməyi təklif edirlər.

Elm adamları Yerin təbii peykində gələcək koloniyanı həyat verən qazla təmin etmək üçün belə bir ideya ilə çıxış ediblər.

Layihəyə əsasən boru xətti Ayda böyük su buzu ehtiyatlarının aşkar olunduğu Cənub qütbündən çəkiləcək.

Oksigenin elektrolizdən istifadə etməklə istehsalı planlaşdırılır: elektrik cərəyanı sudan keçərək onu hidrogen və oksigenə parçalayacaq.

Layihə uzunluğu 5 kilometrə qədər olan boru kəmərinin tikintisini nəzərdə tutur.





Вернуться назад