Главная > Dünya > 100-ə yaxın Ukrayna hərbçisi ABŞ-də “Patriot”un işini öyrənəcək - FOTO

100-ə yaxın Ukrayna hərbçisi ABŞ-də “Patriot”un işini öyrənəcək - FOTO


16-01-2023, 19:42. Разместил: admin
100-ə yaxın Ukrayna hərbçisi ABŞ-də “Patriot”un işini öyrənəcək - FOTO

Ukrayna hərbçiləri “Patriot” raketdən müdafiə sisteminin istifadəsi üzrə təlimlərdə iştirak etmək üçün ABŞ-nin Oklahoma ştatına gediblər.

Bu barədə “Amerikanın Səsi” nəşrinin jurnalisti Ostap Yarış məlumat verib.

Onun sözlərinə görə, Oklahoma ştatına 100-ə yaxın ukraynalı döyüşçü gəlib. Pentaqon onlar üçün sürətləndirilmiş təlim proqramı hazırlayıb.

Qeyd edək ki, ukraynalılar Oklahoma ştatındakı Fort Silldə məşq edəcəklər. Standart təlim müddətinin altı aydan bir ilə qədər olmasına baxmayaraq, təlim müddəti qısa olacaq.
Вернуться назад