Главная > Dünya > EBRD-nin Qafqaz üzrə nümayəndə heyəti Azərbaycana səfər edəcək
EBRD-nin Qafqaz üzrə nümayəndə heyəti Azərbaycana səfər edəcək13-01-2023, 19:26. Разместил: admin |
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Səfər çərçivəsində bank rəsmiləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və Azərbaycanda olacaq. Oxu.Az-ın məlumatına görə bu barədə EBRD-nin saytında xəbər verilib. Bildirilir ki, qarşıdakı səfər ötən ilin sentyabrında EBRD-nin prezidenti Odil Renaud-Basson Qafqaza son turundan sonra baş tutur. Bank rəsmilərinin səfərinin məqsədi həm özəl, həm də dövlət sektorunda qarşıda duran layihələri müzakirə etməkdir. Həmçinin maliyyə dayanıqlığı, siyasi islahatlar və bankın qarşıdan gələn yeni ölkə strategiyalarına hazırlıqla bağlı müzakirələr də gündəmdədir. Bakıya səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi, həmçinin diplomatik ictimaiyyətin nümayəndələri, beynəlxalq inkişaf tərəfdaşları və biznes müştəriləri ilə görüşlər keçiriləcək. Bundan başqa Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə görüşün keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, EBRD 1992-ci ildən bəri regionda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 650-dən çox layihəyə 10 milyard avrodan çox sərmayə qoyub ki, bunun da əksəriyyəti özəl sektorun payına düşür. Вернуться назад |