Главная > Dünya / Manset > Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub

Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub


8-01-2023, 19:44. Разместил: admin
Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub

Yanvarın 8-də Ukrayna ilə Rusiya arasında növbəti hərbi əsir mübadiləsi baş tutub. 50 ukraynalı hərbçi eyni sayda rusiyalıya dəyişdirilib.

Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak xəbər verib.

Əsirlikdən azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Hərbi Dəniz Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələrinin hərbçiləri var.

“33 zabit, 17 sıravi və çavuş. Biz Çernobıl AES-də əsir götürülmüş insanları, həmçinin Mariupolun müdafiəçilərini, eləcə də Donetsk istiqamətindən olanları, Baxmut, Kiyev, Çerniqov, Xersondan, habelə döyüşlərin davam etdiyi digər bölgələrdən olanları geri qaytarırıq”, - Yermak sosial şəbəkə səhifəsində yazıb.

O vurğulayıb ki, bu, sonuncu mübadilə deyil, çünki Ukraynanın vəzifəsi bütün vətəndaşlarını qaytarmaqdır və bunu yerinə yetirəcək.
Вернуться назад