Главная > Dünya > Britaniya Şimali Koreyanı nüvə raket proqramından imtina etməyə çağırdı

Britaniya Şimali Koreyanı nüvə raket proqramından imtina etməyə çağırdı


2-01-2023, 09:43. Разместил: admin
Britaniya Şimali Koreyanı nüvə raket proqramından imtina etməyə çağırdı

Böyük Britaniya Xarici İşlər Nazirliyi nüvə başlıqlarının istehsalını artıracağını vəd edən Şimali Koreya lideri Kim Çen Inın son bəyanatlarına reaksiya verib və Pxenyanı raket buraxılışları əvəzinə vətəndaşların rifahına diqqət yetirməyə çağırıb.

İdarənin mətbuat xidməti Şimali Koreyanın yanvarın 1-də qısa mənzilli ballistik raket atmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozduğuna işarə edib.

London Pxenyanı nüvə və ballistik raket proqramlarının icrasını dayandırmağa çağırıb.
Вернуться назад