Главная > Dünya > Ukraynalı ekspert: “Azərbaycan Ukraynaya yardım üzrə lider dövlətlərdən biridir”
Ukraynalı ekspert: “Azərbaycan Ukraynaya yardım üzrə lider dövlətlərdən biridir”1-01-2023, 11:21. Разместил: admin |
dövlətlərdən biridir” Rusiya işğalının başlanğıcında Azərbaycan hökuməti Ukraynaya min tondan çox dərman, tibbi avadanlıq və ümumilikdə 17 milyon dollara yaxın humanitar yardım göstərib. Bakı Rusiyanın raket zərbələrindən sonra Ukraynanın enerji sisteminin bərpası çərçivəsində kömək edən lider dövlətlərdən biridir. Bunu Ukrayna Demokratiya Evinin baş siyasi analitiki Anatoli Oktisyuka “Pryamoy” telekanalına şərhində bildirib. Ekspertin fikrincə, Azərbaycanın dövlət yardımı bəzən bir sıra irimiqyaslı beynəlxalq təşkilatların yardımını üstələyir. Həmçinin, rəsmi Bakı dövlət vəsaiti hesabına Kiyev vilayətinin İrpin şəhərindəki 12-ci məktəbin bərpasına yardım edir. 58 ukraynalı uşaq Bakı və Qəbələ şəhərlərində sanatoriya və reabilitasiya mərkəzlərində reabilitasiya olunub. Analitikin sözlərinə görə, Azərbaycan Ukraynanın enerji böhranının aradan qaldırılması ilə bağlı problemlərə rəğbətlə yanaşır, çünki ölkə özü uzun müddətdir ki, separatçılardan əziyyət çəkir. “Bunlar Azərbaycan hökumətinin, Ukrayna hökumətinin və hər iki xalqın həmrəyliyinə dəlalət edən çox mühüm addımlardır. Müharibə əsl müttəfiqin kim olduğunu ortaya qoyur. Və bu müharibə göstərdi ki, Ukraynanın kifayət qədər güclü tərəfdaşı və güclü dostu var. Kiyevi heç vaxt bəlada qoymayanr Azərbaycan Ukraynanın Qafqazdakı əsas müttəfiqlərindən biridir”, - Oktisyuk vurğulayıb. Ekspert onu da xatırladıb ki, Ukrayna kimi Azərbaycan da təcavüzün qurbanı olub. Ermənistan 1991-ci ildən Azərbaycan ərazisinin 20 faizini işğal edib. O, qeyd edib ki, Ermənistan KTMT-nin üzvüdür və BMT-də keçirilən səsvermədə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyib. Вернуться назад |