Главная > Dünya / Manset > Kuleba: “ABŞ-də müharibənin bitməsi müzakirə edilməyib”
Kuleba: “ABŞ-də müharibənin bitməsi müzakirə edilməyib”30-12-2022, 17:37. Разместил: admin |
“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydenlə görüşündə müharibəni bitirmək üçün modelləri müzakirə etməyib”. Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “RBC-Ukrayna”ya müsahibəsində deyib. Bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, Ukraynada müharibəni danışıqlar yolu ilə bitirmək üçün ABŞ-nin üç fərqli modeli var. “Prezidentlər Bayden və Zelenski arasındakı danışıqlarda bu modellər müzakirə olunmayıb. ABŞ tərəfi heç bir model məsələsini qaldırmayıb”, - Kuleba vurğulayıb. Вернуться назад |