Главная > Dünya > Serj Sarqsyan və qızları məhkəməyə çağırıldılar
Serj Sarqsyan və qızları məhkəməyə çağırıldılar21-12-2022, 16:43. Разместил: admin |
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan, qızları Anuş və Satenik Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar. Onların qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə çağırıldıqları bildirilir. Qeyd olunur ki, bu vətəndaşlar müvafiq iş üzrə təqsirləndirilən şəxs qismində qəbul olunublar. İlk məhkəmə iclası isə 2023-cü il yanvarın 19-na (15:00) təyin edilib. Elə həmin gün eks-prezidentin qardaşı oğlu Narek Sarqsyan və həyat yoldaşı Anna Nikoyan da məhkəməyə çağırılıblar. Onlar da 19 yanvar 2023-cü il tarixində məhkəməyə gəlməlidirlər. Xatırladaq ki, Ermənistan Respublikasının üçüncü prezidentinin qardaşı Levon Sarqsyan, onun qızı Ani və oğlu Narek də həmçinin qanunsuz yolla zəngin olmaq, əmlakın gizlədilməsi ilə bağlı ittiham olunurlar. Levon Sarqsyana qarşı axtarış elan edilib, qabaqlayıcı tədbir kimi həbs qətimkan qərarı verilib. Ani və Narek Sarqsyan isə ev dustaqlığındadırlar. Вернуться назад |