Главная > Dünya / Manset > Altı yaşlı qızını ərə verən atadan ağlasığmaz müdafiə: “Baiskar “ağıllı telefondur”
Altı yaşlı qızını ərə verən atadan ağlasığmaz müdafiə: “Baiskar “ağıllı telefondur”20-12-2022, 19:43. Разместил: admin |
Türkiyədə “Hiranur” vəqfinin qurucusu Yusuf Ziya Gümüşelin illər əvvəl altı yaşlı qızı H.K.G.-ni 29 yaşlı Kadir İstekli ilə dini nikahla evləndirməsi barədə bu yaxınlarda yayılan xəbər bütün ölkədə şoka səbəb olmuşdu. Bununla bağlı məhkəmədə atanın özünü müdafiəsi isə hər kəsi daha da heyrətləndirib. Belə ki, onun sözlərinə görə, qızına smartfon alındıqdan sonra dəyişib; buna kimi gənc qadının, əslində, xoşbəxt ailəsi var imiş. Kişi həmçinin qızının ikinci hamiləliyinin yarımçıq qalmasından sonra müraciət etdiyi psixoloqun da ona təsir etdiyini deyib. Xatırladaq ki, qorxunc hadisənin üstü illər sonra hazırda 23 yaşında olan H.K.G.-nin özü tərəfindən açılıb. O, polisə şikayət edərək altı yaşında ikən 29 yaşlı Kadir İstekliyə ərə verildiyini deyib, gəlinlik geyindiyi haldakı görüntülərini təqdim edib və illərlə təcavüzə məruz qalmasından danışıb. Məsələ ilə bağlı ötən günlərdə iddianamə qəbul edilib, Kadir İstekli üçün 30, ata Yusuf Ziya Gümüşel və ana Fatimə Gümüşel üçün isə 18 ildən az olmamaq şərti ilə həbs cəzası istənilib. Вернуться назад |