Главная > Dünya / Manset > “Həkimlər Putinin səhhəti üçün lazım olan hər şeyi edirlər”

“Həkimlər Putinin səhhəti üçün lazım olan hər şeyi edirlər”


16-12-2022, 16:04. Разместил: admin
“Həkimlər Putinin səhhəti üçün lazım olan hər şeyi edirlər”

Kremlin rəsmi sözçüsü Dmitri Peskov bir neçə gün əvvəl qripə qarşı peyvənd olunan Rusiya Prezidenti Vladimir Putinin səhhəti barədə açıqlama verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Peskov Putinin səhhətinin qaydasında olduğunu bildirib.

“Həkimlər Prezidentin səhhəti üçün edilməsi lazım olan hər şeyi edirlər. Bütün lazımi ehtiyat tədbirləri görülür”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Vladimir Putin dekabrın 13-ü qripə qarşı peyvənd olunduğunu açıqlayıb.
Вернуться назад