Главная > Dünya > “Heç kim Laçın dəhlizinin açılmasına zəmanət vermir” - Paşinyan
“Heç kim Laçın dəhlizinin açılmasına zəmanət vermir” - Paşinyan16-12-2022, 14:38. Разместил: admin |
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə qapalı görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” portalı yayıb. Görüş zamanı Laçın dəhlizinin bağlanması məsələsinin müzakirə olunduğu bildirilir. Məlumata görə, müzakirələr qızğın keçsə də, Paşinyan deputatların dəhlizin nə zaman açılacağına dair suallarına cavab verə bilməyib. Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla təmasda olsa da, onlardan heç biri dəhlizin açılmasına zəmanət vermir. Bununla yanaşı, Paşinyan Rusiyanın bu məsələdə vasitəçiliyinə dair də konkret fikir bildirməyib. Вернуться назад |