Главная > Dünya > Beynəlxalq Dəmir Yolları İttifaqı Rusiya və Belarusa qadağa qoydu

Beynəlxalq Dəmir Yolları İttifaqı Rusiya və Belarusa qadağa qoydu


14-12-2022, 09:46. Разместил: admin
Rusiya və Belarus dəmir yolları artıq Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) işində iştirak edə bilməyəcək.

Təşkilatın Baş Assambleyası Rusiya və Belarusun dəmir yolu şirkətlərinin özünün və Regional Avropa Assambleyasının tədbirlərində iştirakını dayandırıb.

Hər iki ölkənin UIC-dəki üzvlüyünə də fasilə verilib.

Məlumata görə, Rusiyanın təşkilatın mühüm maliyyə sponsoru olmasına və Çin, Hindistan, Monqolustan, İran, Ermənistan və Qazaxıstan nümayəndələrinin əhəmiyyətli təzyiqlərinə baxmayaraq, Rusiya və Belarusun qurumun işindən kənarlaşdırılması barədə qərar bu həftə qəbul edilib. UIC Baş Assambleyası iştirakçılarının 72%-i qərarın lehinə səs verib.
Вернуться назад