Главная > Dünya > Slovakiya İsveçdən 152 PDM alacaq

Slovakiya İsveçdən 152 PDM alacaq


13-12-2022, 09:52. Разместил: admin
Slovakiyanın müdafiə naziri Yaroslava Nad bildirib ki, ölkəsi İsveçlə son Mk IV modifikasiyasında 152 ədəd CV90 piyada döyüş maşını almaq üçün müqavilə imzalayıb.

O, bu barədə bazar ertəsi öz “Twitter” səhifəsində yazıb.

“Mən təsdiq etməkdən məmnunam ki, Slovakiya və İsveç bu gün 35 mm-lik topla təchiz edilmiş 152 ədəd CV90 Mk IV piyada döyüş maşınının alınmasına dair saziş imzalayıblar. Təhlükəsizliyin modernləşdirilməsi və gücləndirilməsi üçün əla addımdır”, - müdafiə naziri bildirib.

Qeyd edək ki, bu döyüş maşınlarının İsveçdən alınması Slovakiya hökumətinin icazəsilə baş tutub.
Вернуться назад