Главная > Dünya > Sloveniya BMT-nin İnsan Hüquqları Şurasına üzv olmağa hazırlaşır
Sloveniya BMT-nin İnsan Hüquqları Şurasına üzv olmağa hazırlaşır11-12-2022, 10:16. Разместил: admin |
Sloveniya Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına üzvlük üçün müraciət edib. Sloveniyanın hakimiyyət nümayəndələri əmindilər ki, 2026-2028-ci illər aralığında ölkə BMT-nin İnsan Hüquqları Şurasına üzv ola biləcək. Xarici İşlər Nazirliyi bildirib ki, Sloveniya dünyada insan hüquqlarının qorunması və hörmət edilməsini, onların pozulmasının aradan qaldırılmasını, insan hüquqlarının pozulmasına görə cəzasız qalmağa qarşı mübarizəni dəstəkləyir. Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurası 2006-cı ildə yaradılıb. Hazırda dünyada 47 ölkə BMT-nin İnsan Hüquqları Şurasının üzvüdür. Вернуться назад |