Главная > Dünya > Moskvada müdafiə nazirlərinin görüşündə ermənilərin basdırdığı minalar barədə məsələ qaldırılıb

Moskvada müdafiə nazirlərinin görüşündə ermənilərin basdırdığı minalar barədə məsələ qaldırılıb


9-12-2022, 20:37. Разместил: admin
Dekabrın 9-da Rusiyanın paytaxtı Moskva şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanı bu iclasda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov təmsil edib.

General-mayor iclasda çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. İdarə rəisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir. Münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.
Вернуться назад