Главная > Dünya > “Türkiyə NATO-da ən çox terror hücumu ilə üzləşən ölkədir”
“Türkiyə NATO-da ən çox terror hücumu ilə üzləşən ölkədir”9-12-2022, 09:41. Разместил: admin |
“Türkiyənin Finlandiya və İsveçin NATO alyansına daxil olması ilə bağlı narahatlığını müzakirə edirik”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Entoni Blinken deyib. “İsveç və Finlandiya Türkiyənin narahatlığını aradan qaldırmaq üçün konkret addımlar atıb. Həmin ölkələrin NATO-ya üzv olmağa hazırlaşması alyansı daha güclü və böyük edir. Bu il İsveç və Finlandiya təhlükəsizlik və humanitar yardım kimi bir çox məsələlərdə Ukraynanı dəstəkləyiblər. Onlar Rusiyaya qarşı sanksiyaların tətbiqində tərəfdaşlarımıza qoşulublar. Türkiyə NATO-da ən çox terror hücumu ilə üzləşən ölkədir. İsveç və Finlandiya Türkiyənin təhlükəsizlik problemləri ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atıb”, -deyə Blinken bildirib. Вернуться назад |