Главная > Dünya > Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü üçün müvafiq işlər aparılacaq
Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü üçün müvafiq işlər aparılacaq8-12-2022, 17:13. Разместил: admin |
Ötən gün Moskva şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşü keçirilib. APA xəbər verir ki, görüşdə eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin növbəti görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Şeyxülislam Allahşükür Paşazadə xüsusi olaraq erməni kilsəsini beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmağı və 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın müddəalarına uyğun olaraq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına töhfə verməyə çağırıb. Görüşdə QMİ-nin timsalında Azərbaycanın dini lideri Şeyxülislam A.Paşazadənin və Rus Pravoslav Kilsəsinin timsalında Patriarx Kirillin ikitərəfli görüşlərinin səmərəli şəkildə davam etdirilməsinin əhəmiyyəti qeyd olunub, Eçmiədzinin timsalında erməni katolikosu ilə üçtərəfli görüş formatının saxlanılması və gələcəkdə yeni üçtərəfli görüşün təşkili üçün müvafiq işlərin aparılması məqsədəuyğun hesab edilib. Вернуться назад |